"168 Jam": Həmsədrlərin bəyanatı Paşinyanı dalana dirənmiş vəziyyətə salıb | 1news.az | Xəbərlər
Ermənistan

"168 Jam": Həmsədrlərin bəyanatı Paşinyanı dalana dirənmiş vəziyyətə salıb

11:37 - 12 / 03 / 2019
"168 Jam": Həmsədrlərin bəyanatı Paşinyanı dalana dirənmiş vəziyyətə salıb

Dağlıq Qarabağda təcili olaraq Ermənistan Təhlükəsilik Şurasının iclasının keçirilməsi zərurəti ATƏT-in Minsk qrupu həmsədrlərinin sonuncu bəyanatından sonra yaranıb.

1news.az xəbər verir ki, bu barədə Ermənistanın “168 jam” nəşri yazıb.

Məlumatda deyilir ki, yığıncağın gündəliyi barədə rəsmi olaraq heç nə açıqlanmasa da, bu qərarın həmsədrlərin bəyanatından sonra verildiyi aydındır.

Xatırladaq ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bir neçə gün əvvəl verdikləri bəyanat Paşinyanın Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış separatçı rejimin danışıqlar prosesinə qoşulmasına dair təklifinə cavab oldu. Vasitəçilər tərəfləri mövcud vəziyyətdə dəyişiklik yarada biləcək açıqlamalardan və hərəkətlərdən, gələcək danışıqlar üçün şərtlər irəli sürməkdən və digər tərəfin razılığı olmadan formata dəyişikliklər tələb etməkdən və aktiv hərbi döyüşləri bərpa etmək çağırışından yayınmağa səsləyiblər. Əlbəttə ki, bu, birbaşa Paşinyana ünvanlanmış mesaj idi.

“168 jam” yazır ki, bu bəyanatdan sonra Ermənistan rəhbərliyi əslində dalana dirənmiş vəziyyətdə qaldı:

“Bir tərəfdən, Nikol Paşinyan Dağlıq Qarabağın danışıqlarda iştirakına dair bəyanatından imtina edə bilməz, digər tərəfdən isə o, Qarabağın iştirakının müzakirə olunmayacağı danışıqlara birbaşa qatıla bilməz.

Bu məsələlər Nikol Paşinyanı Dağlıq Qarabağda təcili olaraq Təhlükəsizlik Şurasının iclasını çağırmağa məcbur edib. İclasdan sonra Azərbaycana və həmsədr ölkələrə hansı mesaj göndəriləcəyi məlum olacaq.

Digər tərəfdən, bu, Azərbaycan rəhbərliyi ilə görüşündən əvvəl Paşinyanın müəyyən təəssürat yaratmaq cəhdidir”.

P.Sultanova

 

 

Paylaş:
520

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilibBu gün, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparırBu gün, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTOBu gün, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırışBu gün, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edibBu gün, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJBu gün, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaqBu gün, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıbBu gün, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıbBu gün, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşübBu gün, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilibBu gün, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02
Bütün xəbərlər