Fərid Hidayətzadə: Təqdim etdiyimiz yeni məhsullar ənənəvi biznes kreditlərindən daha sərfəlidir | 1news.az | Xəbərlər
Müsahibə

Fərid Hidayətzadə: Təqdim etdiyimiz yeni məhsullar ənənəvi biznes kreditlərindən daha sərfəlidir

12:00 - 12 / 03 / 2019
Fərid Hidayətzadə: Təqdim etdiyimiz yeni məhsullar ənənəvi biznes kreditlərindən daha sərfəlidir

Son zamanlar ölkədə kiçik və orta sahibkarlığın inkişafına böyük önəm verilir.

Sahibkarların daha səmərəli və şəffaf işləməsi üçün bütün zəruri şərait yaradılır. Təbii ki, sahibkarlığın inkişafı üçün maliyyələşmə kanalının olmasına böyük ehtiyac var. Bu səbəbdən də Kapital Bank sahibkarların maliyyələşməsi istiqamətində yeni məhsullar təqdim edir, həmçinin bir sıra aksiya və kampaniyalar keçirir. Kapital Bank-ın Baş Korporativ Satış inzibatçısı Fərid Hidayətzadə məhsulların şərtləri və yeniliklər barədə olan suallara cavab verib:

- Fərid müəllim, Kapital Bank-ın yeni təqdim etdiyi Ticarət əməliyyatlarının maliyyələşdirilməsi məhsulları nələri əhatə edir və kimlər üçün nəzərdə tutulub?

- Əvvəlcə onu qeyd edim ki, Ticarət əməliyyatlarının maliyyələşdirilməsi – Faktorinq, Satışın maliyyələşdirilməsi və Təchizat öncəsi maliyyələşdirmə  olmaqla üç məhsuldan ibarətdir. Bu məhsullardan hüquqi şəxs və fərdi sahibkarlar rahatlıqla istifadə edə bilər. Xüsusən də, əsas hədəfimiz olan kiçik və orta sahibkarlıqla (KOS) məşğul olan müştəriləri nəzərə alaraq, bu məhsullar üzrə bazara əlverişli şərtlər təqdim edirik.

Biz geridə qoyduğumuz 2018-ci il ərzində ilkin Faktorinq məhsulunu test etdik. Nəticələrin uğurlu alındığını və bu növ məhsullara bazarda yetərincə tələbat olduğunu nəzərə alaraq, kütləvi satışlarına start verdik.

- Az öncə qeyd etdiyiniz, Faktorinq, Satışın maliyyələşdirilməsi və Təchizat öncəsi maliyyələşdirmə məhsullarının mahiyyəti və üstünlükləri nələrdən ibarətdir?

- Öncə onu qeyd etmək istərdim ki, bu məhsullar müştərilərə dövriyyə vəsaitlərindən rahat və sürətli istifadə imkanı verir. Belə ki, Faktorinq və Satışın maliyyələşdirilməsi məhsullarından istifadə zamanı satıcı, satdığı malın dəyərinin alıcı tərəfindən ödənilməsini gözləmədən, etdiyi satış dəyərinin 90%-ə qədərini Kapital Bank tərəfindən dərhal əldə edə bilir. Təchizat öncəsi maliyyələşdirmə məhsulundan istifadə zamanı isə satıcı, alıcı ilə bağladığı müqavilə və ya ondan qəbul etdiyi alış sifarişi əsasında Kapital Bank-a müraciət etməklə, təchiz ediləcək mallar və ya görüləcək işlər üzrə öncədən maliyyələşmə əldə edə bilir.

Ticarət əməliyyatlarının maliyyələşdirilməsi məhsullarının üstünlüklərinə gəldikdə isə, əsas olaraq girov tələbinin olmadığını qeyd etmək olar. Bundan başqa satıcı biznesini davam etdirmək üçün satış dəyərinin 90%-ə qədərini Kapital Bank-dan əvvəlcədən alıb, daha rəqabətə davamlı məhsullar təklif etmək imkanına malik olur. Həmçinin bu məhsulun alıcıdan avans tələb etməməsi, məzənnə dəyişikliyi, inflyasiya və likvidlik risklərinin olmaması kimi üstünlükləri də vardır.

Daha anlaşıqlı olması üçün bir-neçə sadə nümunə üzərindən davam etmək istərdim. Misal üçün, sahibkar 10000 manatlıq satış edib. Amma müştəri ilə malın dəyərinin 90 gün sonra ödənilməsini haqqında razılıq var. Bu halda sahibkar bu satışı təsdiq edən sənədlərlə Kapital Bank-a müraciət edərək, Faktorinq və ya Satışın maliyyələşdirilməsi məhsullarından istifadə edə bilər. Nəticədə o, 90 gün gözləmədən 10000 manatın 90%-ə qədərini, yəni 9000 manatını dərhal alacaq. Qalan hissəni isə alıcı, ödənişi edən zaman əldə edəcək.

Yaxud təsəvvür edin ki, sahibkar çox önəmli bir müştəridən dəyəri 50000 manat olan sifariş qəbul edib. Amma həmin sifarişi icra etmək üçün hazırda kifayət qədər vəsaiti yoxdur. Bu zaman sahibkar, bu sifarişi təsdiq edən sənədlərlə birgə Kapital Bank-a müraciət edib, Təchizat öncəsi maliyyələşdirmə məhsulunu götürə bilər. Sifariş dəyərinin 90%-ə qədərini, yəni 45000 manatını öncədən əldə edib, sifarişi rahatlıqla icra etmək olar. Alıcı isə öz növbəsində əvvəlcədən avans ödənişi etmədən, sifariş icra olunduqdan sonra onun tam dəyərini ödəyir. 

 

- Bəs nəyə görə müştərilər onlara daha yaxşı məlum olan biznes kreditindən deyil, bu məhsullardan istifadə etməlidirlər?

- Təbii ki, müştərilər biznes kreditlərindən də istifadə edə bilər. Lakin bu zaman kredit rəsmiləşdirilməsi üçün müştəri haqqında daha çox məlumat və daha çox sənəd tələb olunur. Maliyyə vəziyyətinin qiymətlənidirilməsi ilə birgə kreditin rəsmiləşdirilməsi prosesi bir qədər vaxt aparır. Vaxt isə, bildiyimiz kimi, biznesdə ən dəyərli resursdur. Bunlarla yanaşı girov tələbinin olmaması məhsula əlavə üstünlük qazandırır.

- Ümumiyyətlə Ticarət əməliyyatlarının maliyyələşdirilməsi məhsullarını hansı müştərilər üçün daha münasib hesab edirsiniz?

- Bu məhsulları daha çox KOS seqmentinə aid müştərilər üçün münasib hesab edirəm. Çünki, KOS seqmentində olan müştərilər üçün çeviklik və yeni etibarlı ticarət partnyorlarının tapılması əsas amillərdəndir. Bu maliyyələşmə alətləri də müştərilərimizə çevikliyi və etibarlı ticarət əlaqələri qurmağı təmin edə bilir. Eyni zamanda, nisbətən kiçik bizneslər üçün maliyyə resursu axtaran zaman əsas problemlərdən biri olan girov tələbi Ticarət əməliyyatlarının maliyyələşdirilməsi məhsullarında yoxdur.

- Bu məhsullar üzrə Kapital Bank olaraq müştərilərdən olan gözləntiləriniz nələrdən ibarətdir?

-Ticarət əməliyyatlarının maliyyələşdirilməsi məhsullarının tətbiq edilməsi müştərilərin rəsmi şəkildə apardıqları əməliyyatlar üzrə mümkündür. Bunun üçün müştərilərdən olan gözləntilərimizdən biri şəffaf mühasibatlıq sistemlərinə malik olmaları və onu səmərəli şəkildə tətbiq etmələridir. Şəffaf mühasibatlıq sisteminin mövcudluğu müştərilərimiz üçün bu məhsulları daha əlçatan edəcək. Eyni zamanda ölkəmizin vergi sistemində aparılan islahatlar sahibkarların şəffaf mühasibatlığa keçməyini təşviq edəcək və ümumilikdə ölkə iqtisadiyyatına müsbət töhfə verəcək.

- Ölkədə son dövrlərdə prioritet olaraq önə çıxan KOS seqmenti üzrə Kapital Bank-ın daha hansı məhsul təklifləri vardır?

- Kapital Bank kiçik və orta sahibkarlığın inkişafına və maliyyələşməsinə böyük önəm verir. Artıq KOS seqmentinə aid müştərilərə daha keyfiyyətli bank xidmətlərinin göstərilməsi üçün Kapital Bank-ın bir sıra filiallarında xüsusi mərkəzlər yaradılıb. Bundan əlavə, KOS müştərilərinə hesablaşma və xəzinə xidmətləri, məsafədən bankçılıq, biznes krediti, əmək haqqı layihələri, biznes kartlar, inkassasiya və sənədli əməliyyatlar hesab edilən – qarantiya və akkreditivlər üzrə xidmətlər də sərfəli şərtlərə təqdim olunmaqdadır.

Onu da qeyd edim  ki, 2019-cu ilin fevral və mart ayları ərzində Kapital Bank-la yeni əməkdaşlıq etməyə başlayan sahibkarlar üçün aksiyamız var. Şərtlər görə, filiallarımıza müraciət edən sahibkarlara hesabın açılması, sahibkar kartının verilməsi, həmçinin POS terminal quraşdırılması tam olaraq pulsuz həyata keçirilir. Üstəlik bizə müraciət edən hər 100-cü sahibkara 100 manat məbləğində hədiyyə kuponu da verilir. 

Son olaraq onu da qeyd edim ki, yaxın zamanlarda Biznes Overdraft məhsulunun da kütləvi satışına başlayacağıq. Bu məhsul isə öz növbəsində müştərilərimizə aparmaq istədikləri əməliyyat üzrə hesablarında kifayət qədər məbləğ olmadıqda belə, ödənişləri həyata keçirməyi mümkün edəcək.

 

Paylaş:
2541

Son xəbərlər

Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56
Bütün xəbərlər