“Yuventus”dan möhtəşəm geridönüş, Mançesterdə qol yağışı - VİDEO | 1news.az | Xəbərlər
Futbol

“Yuventus”dan möhtəşəm geridönüş, Mançesterdə qol yağışı - VİDEO

09:30 - 13 / 03 / 2019
“Yuventus”dan möhtəşəm geridönüş, Mançesterdə qol yağışı - VİDEO

Çempionlar Liqasında 1/4 finalın daha iki iştirakçısı müəyyənləşib.

1news.az-ın Qol.az-a istinadən verdiyi xəbərə görə, 1/8 finalın cavab oyununda “Yuventus” “Atletiko”nu, “Mançester Siti” isə “Şalke”ni qəbul edib.

Turində keçirilən görüşdə “qoca sinyora”"a Madrid məğlubiyyətinin (0:2) əvəzini artıqlaması ilə çıxıb. Kriştiano Ronaldonun het-triki “Yuventus”u növbəti mərhələyə yüksəlib. 

“Mançester Siti” isə ilk görüşdə 3:2 üstələdiyini rəqibinə qarşı bu dəfə daha amansız olub. “Şəhərlilər” 7 cavabsız qolla növbəti mərhələyə yüksəlib.

Çempionlar Liqası

1/8 finalın cavab oyunları

12 mart

00:00. “Yuventus” – “Atletiko” - 3:0
Qollar: 
Ronaldo, 27, 49, 86-pen.
İlk oyun - 0:2

00:00. “Mançester Siti” – “Şalke” - 7:0 
Qollar: 
Aquero, 35-pen. 38, Sane, 42, Sterlinq, 57, B.Silva, 71, Foden, 78, Jsusu, 84
İlk oyun - 3:2

 

1news.az

Paylaş:
485

Son xəbərlər

Bütün xəbərlər