PA rəsmisi: Həyət evlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi üçün işçi qrupu yaradılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

PA rəsmisi: Həyət evlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi üçün işçi qrupu yaradılacaq

16:33 - 15 / 03 / 2019
PA rəsmisi: Həyət evlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi üçün işçi qrupu yaradılacaq

Prezident İlham Əliyevin bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında imzaladığı fərman fərdi yaşayış evlərinə şamil edilmir. Lakin həyət evlərinin sənədləşməsi ilə bağlı vəziyyətin öyrənilməsi üçün tapşırıqlar verilib.

1news.az xəbər verir ki, bunu Prezident Administrasiyasının iqtisadi məsələlər üzrə köməkçi xidmətinin baş məsləhətçisi Feyruz Mustafayev jurnalistlərə deyib. açıqlamasında deyib.

Onun sözlərinə görə, bəzi yaşayış evləri mühafizə zonalarında, ayrı-ayrı şirkətlərin balansındakı ərazilərdə, kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilib:

"Ona görə də bütün bunlarla bağlı araşdırma aparılacaq. Təbii ki, bu məsələnin həll edilməsi lazımdır. Vətəndaşları narahat edən problemlərin aradan qaldırılması üçün Prezident İlham Əliyev fərmanlar verir. Düşünürəm ki, yaxın zamanlarda məsələnin həlli ilə bağlı işçi qrup yaradılacaq. Yəqin ki, aidiyyatı üzrə bununla da bağlı tapşırıqlar veriləcək".

P.S.

Paylaş:
628

Son xəbərlər

Bütün xəbərlər