“Çelsi” “Real”ın 82 milyonluq təklifini qəbul etmədi | 1news.az | Xəbərlər
Futbol

“Çelsi” “Real”ın 82 milyonluq təklifini qəbul etmədi

17:26 - 19 / 03 / 2019
“Çelsi” “Real”ın 82 milyonluq təklifini qəbul etmədi

"Çelsi"-nin yarımmüdafiəçisi Eden Hazard yayda klubunu dəyişə bilər.

1news.az Goal.az-a istinadən xəbər verir ki, belçikalı futbolçu "Real"a keçəcəyini gizlətmir.

Bildirilir ki, Hazardın transfer arzusu Zidanın Madrid təmsilçisinə qayıdışı ilə bağlı deyil. Yarımmüdafiəçi "kral klubu" pərəstişkarı olduğu üçün "zadəganlar"dan ayrılır. "Çelsi" 28 yaşlı futbolçunun transferinə 120 milyon avro tələb edir.

İngiltərə mətbuatı "kral klubu"nun 82 milyonluq təklifinin qəbul edilmədiyini yazıb.

Belçikalının "Çelsi" ilə müqaviləsi 2020-də başa çatır.

1news.az

Paylaş:
683

Son xəbərlər

Bütün xəbərlər