Dariqa Nazarbayeva Qazaxıstan parlamenti Senatının sədri seçilib | 1news.az | Xəbərlər
Dünya

Dariqa Nazarbayeva Qazaxıstan parlamenti Senatının sədri seçilib

14:50 - 20 / 03 / 2019
Dariqa Nazarbayeva Qazaxıstan parlamenti Senatının sədri seçilib

Martın 20-də Qazaxıstan parlamenti Senatının sədri vəzifəsinə seçkilər keçirilib.

1news.az-ın məlumatına görə, Nursultan Nazarbayevin böyük qızı olan Dariqa Nazarbayeva gizli səsvermə yolu ilə Qazaxıstan parlamenti Senatının sədri seçilib.

Qeyd edək ki, Dariqa Nazarbayeva 2015-ci ilin sentyabrında Baş nazirin müavini vəzifəsinə təyin edilib. Buna qədər isə o, parlamentin vitse-spikeri vəzifəsində çalışıb.

Xatırladaq ki, dünən Nursultan Nazarbayev xalqa müraciətdə Qazaxıstan prezidenti vəzifəsindən getdiyini açıqlayıb.

Ölkədə prezident seçkilərinin keçirilməsi 2020-ci ildə planlaşdırılır.

1news.az

Paylaş:
878

Son xəbərlər

Bütün xəbərlər