Astananın adının dəyişdirilməsi haqqında qanun layihəsi qəbul edilib | 1news.az | Xəbərlər
Dünya

Astananın adının dəyişdirilməsi haqqında qanun layihəsi qəbul edilib

15:43 - 20 / 03 / 2019
Astananın adının dəyişdirilməsi haqqında qanun layihəsi qəbul edilib

Qazaxıstan parlamenti birinci oxunuşda paytaxt Astananın adının dəyişdirilməsi haqqında qanun layihəsini qəbul edib.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, Qazaxıstan paytaxtı ölkənin birinci prezidenti Nursultan Nazarbayevin adını daşıyacaq.

Qeyd edək ki, bu gün Qazaxıstan parlamenti palatalarının birgə iclası zamanı prezident Kasım-Jomart Tokayev ölkənin paytaxtına birinci prezident Nursultan Nazarbayevin adını verməyi təklif edib.

Xatırladaq ki, dünən Nursultan Nazarbayev xalqa müraciətdə Qazaxıstan Prezidenti vəzifəsindən getdiyini açıqlayıb.

Ölkədə prezident seçkilərinin 2020-ci ildə keçirilməsi planlaşdırılır.

1news.az

Paylaş:
627

Son xəbərlər

Bütün xəbərlər