“Dünyanın ən yaxşı müəlliminə” 1 milyon dollar təqdim edilib | 1news.az | Xəbərlər
Dünya

“Dünyanın ən yaxşı müəlliminə” 1 milyon dollar təqdim edilib

15:49 - 25 / 03 / 2019
“Dünyanın ən yaxşı müəlliminə” 1 milyon dollar təqdim edilib

Dubayda “dünyanın ən yaxşı müəllimi” seçilən keniyalı keşiş Piter Tabiçiyə 1 milyon dollar təqdim olunub. Tədbirdə Dubayın vəliəhd şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid Al Məktum iştirak edib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, 36 yaşlı Piter Tabiçi Keniyanın kənd orta məktəbində təbii elmlər üzrə fənnlərdən dərs deyir və maaşının böyük hissəsini kasıblara ayırır.

Qeyd edək ki, hindistanlı biznesmen Sanni Varkeyin xeyriyyə fondu “dünyanın ən yaxşı müəllimi” titulunun təqdim edilməsinə 2015-ci ildən başlayıb. Bu il təşkilat komissiyasına 179 ölkədən 10 min müraciət daxil olmuşdu. Sanni Varkey fondunun mükafatı Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, baş naziri və Dubayın əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumun himayəsi ilə təqdim edilir.

Hindistanlı iş adamı Sanni Varkey Yaxın Şərqdə ən iri uşaq baxçaları şəbəkəsi və GEMS Education məktəblərinin qurucusudur.

1news.az

Paylaş:
480

Sizin üçün xəbərlər

Son xəbərlər

Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31
Bütün xəbərlər