Azərbaycan millisi Litva yığmasına qarşı – ANONS | 1news.az | Xəbərlər
Futbol

Azərbaycan millisi Litva yığmasına qarşı – ANONS

16:51 - 25 / 03 / 2019
Azərbaycan millisi Litva yığmasına qarşı – ANONS

Azərbaycan millisi bu gün növbəti oyununa çıxacaq.

1news.az Goal.az-a istinadən xəbər verir ki, AVRO-2020-nin seçmə mərhələsinin II turunda istirahət edən yığmamız Litva ilə yoxlama görüşündə üz-üzə gələcək. Bu, komandamızın 2019-cu ildə ikinci görüşü olacaq.

Millimiz həm də, yeni baş məşqçi Nikola Yurçeviçin rəhbərliyi altında ilk yoldaşlıq görüşünə çıxacaq. Onun rəhbərliyi altında ilk oyununu 4 gün öncə Zaqrebdə 2020-ci il Avropa çempionatının seçmə qrup mərhələsində keçirən yığmamız meydandan məğlub ayrılmışdı - 1:2.

Komandamız Litva ilə üçüncü dəfə qarşılaşacaq. 1998-ci ildə rəqibini 2:1 hesabı ilə məğlub edən təmsilçimiz 2008-ci ildə 0:1 hesabı ilə uduzub.

Yoxlama oyunu

25 mart

18:00. Azərbaycan - Litva

Bakı. Bakcell Arena. Baş hakim: Fesnik Horatiu (Rumıniya)

1news.az

Paylaş:
535

Son xəbərlər

Bütün xəbərlər