Yokozuna Hakuho 42-ci dəfə sumo turnirinin qalibi olub | 1news.az | Xəbərlər
İdman

Yokozuna Hakuho 42-ci dəfə sumo turnirinin qalibi olub

17:10 - 25 / 03 / 2019
Yokozuna Hakuho 42-ci dəfə sumo turnirinin qalibi olub

Peşəkar sumo dünyasında məşhur yokozuna və böyük çempion Hakuho (Mönhbatın Davaajarqal) 42-ci dəfə qalib gəlib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Monqolustan təmsilçisi Osakada keçirilən sonuncu Qrand-sumo turnirində növbəti qələbəsini qazanaraq vahid lider statusunu qoruyub. Həmin turnirdə 34 yaşlı idmançının 15 qələbəsi qeydə alınıb və o, heç bir qarşılaşmada məğlub olmayıb.

Hakuho final görüşündə həmyerlisi yokozuna Kakuryu üzərində qələbə qazanıb.

Hazırda Hakuhonun hesabında 1095 qələbə var. Eyni zamanda, bu, onun sumo turnirlərində 42-ci qələbəsidir. Bu göstəricilərin hər ikisi rekord hesab edilir.

1news.az

Paylaş:
518

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər