Konor Makqreqor karyerasını bitirdi | 1news.az | Xəbərlər
İdman

Konor Makqreqor karyerasını bitirdi

13:04 - 26 / 03 / 2019
Konor Makqreqor karyerasını bitirdi

İrlandiyalı qaydasız döyüşçü Konor Makqreqor karyerasını bitirdiyini elan edib.

1news.az xəbər verir ki, bu barədə idmançı “Twitter” səhifəsində yazıb.

UFC kateqoriyasında ən populyar idmançılardan hesab olunan K.Makqreqor karyerası ərzində 25 döyüş keçirib və onun 21-də qalib gəlib.

O, sonuncu döyüşünü ötən ilin oktyabrında rusiyalı idmançı Həbib Nurməhəmmədova qarşı keçirib və məğlub olub.

K.Makqreqor eyni zamanda iki çəki dərəcəsində çempion olmuş ilk döyüşçüdür.

1news.az

 

 

Paylaş:
1215

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər