“ "ANİMAFİLM" in əks-sədası” Praqada - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“ "ANİMAFİLM" in əks-sədası” Praqada - FOTO

11:38 - 27 / 03 / 2019
“ "ANİMAFİLM" in əks-sədası” Praqada - FOTO

Martın 23-də Çexiyanın paytaxtı Praqada “ANİMAFİLM” I Bakı Beynəlxalq Animasiya Festivalının əks-sədası” adlı tədbir keçirilib.

1news.az-a ANİMAFİLM”dən verilən məlumata görə,  məqsəd təşkilatçıların festivalın nəticələrinə bir daha nəzər salmaq, növbəti festivaldan danışmaq və ən əsası, Azərbaycan animasıyasını tanıtmaq olub.

Tədbir "OLIEL Company" və Azərbaycanın Çexiyadakı səfirliyinin dəstəyi ilə Praqanın “Kino Pilotů” kinoteatrında baş tutub.

Tədbirdə ən yaxşı əcnəbi və Azərbaycan cizgi filmləri nümayiş etdirilib, xaricdə ilk dəfə olaraq “Azərbaycan animasiyası” kitabı təqdim edilib. Azərbaycanla yanaşı bir sıra xarici ölkələrdən də qonaqların iştirak etdiyi toplantıda əsas iştirakçılar Çexiya animasiyası mütəxəssisləri olub.

“ANİMAFİLM” festivalının direktoru Rəşid Ağamalıyev çıxışında qeyd edib ki, bu tədbir ilk növbədə Azərbaycan və Çexiya animasiyası sahəsində münasibətləri daha da yaxınlaşdırdı və mədəniyyətlərimiz arasında birbaşa dialoq yaratdı.

Hazırda Rusiyada çalışan animasiya ustadı, rejissor Cahangir Süleymanov və Almaniyadan Azərbaycanda ən çox “Tıq-Tıq xanım” cizgi filminin rejissoru kimi məşhurlaşmış animasiya ustadı Məsud Pənahi xüsusilə fərqləniblər.

Tədbirin gedişində bu rejissorların çıxışlarından sonra onların cizgi filmləri nümayiş etdirilib.

“ANİMAFİLM” I Bakı Beynəlxalq Animasiya Festivalının qalibi, “OSKAR” mükafatına namizəd “Late Afternoon” (“Günortadan sonra”) da daxil olmaqla mükafat almış Azərbaycan, Rusiya, İran və Almaniya cizgi filmləri Çexiyada ilk dəfə nümayiş etdirilib. Filmin rejissoru Louise Bagnall İrlandiyadan tədbirə İnternetlə qatılaraq deyib ki, “Late Afternoon”un Oskar mükafatına təqdim olunması onun tamaşaçılarının sayını xeyli artırmaq fürsətidir.

Tədbirin Azərbaycan animasiyası adlı ilk hissəsində ən tanınmış Azərbaycan animasiya filmləri nümayiş etdirilib, sonra  “Azərbaycan animasiyası” kitabının təqdimatı olub.

“Əks-səda”nın qonaqlarını Azərbaycanın milli şirniyyatları – paxlava, şəkərbura gözləyirdi. Bu jest ilə ANİMAFİLM komandası əziz bayramımız olan Novruz günlərində Azərbaycanın qonaqpərvərliyini bir daha nümayiş etdirdi.

XATIRLATMA

Çoxları yəqin 19-21 oktyabr 2018-ci il tarixlərində Bakı şəhərində keçirilən “ANİMAFİLM” I Bakı Beynəlxalq Animasiya Festivalını unutmayıb. Həmin festival ilk dəfə keçirildiyinə baxmayaraq müvəffəqiyyətlə başa çatdı. Festivala dünyanın 63 ölkəsindən 480 film, 15 ssenari təqdim edilmişdi. Festivalın proqramı çərçivəsində öz sözünü demiş tanınmış animasiya ustaları “ustad dərsləri” və ReAnimasiya” sərgisi keçirildi və müxtəlif ölkələrin cizgi filmləri, retrospektiv filmlər nümayiş etdirildi, uşaqlar üçün animasiya vorkşopları və kukla tamaşası təşkil edildi. Əminliklə demək olar ki, bu festival Azərbaycanın mədəniyyət tarixində  bir iz buraxdı.

İKİNCİ FESTİVAL

2-ci ANİMAFİLM Bakı Beynəlxalq Animasiya Festivalı 18-20 oktyabr 2019-cu il tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək. Festival üç gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmlərini təqdim edəcək. Təşkilatçıların məqsədi yerli və xarici tamaşaçıları, peşəkarları sevindirəcək, həmçinin Azərbaycanda animasiya sənətinin inkişafını təşviq edəcək illik tədbirin yaradılmasıdır.

www.animafilm.az

1news.az

 

 

Paylaş:
899

Son xəbərlər

Sevinc Fətəliyeva: Ermənistan öz gələcəyini düşünürsə, Azərbaycanın sülh təşəbbüslərinə adekvat cavab verməlidir29 / 09 / 2023, 23:18Xiaomi korporasiyası Xiaomi 13T və Xiaomi 13T Pro flaqman smartfonlarını təqdim edib29 / 09 / 2023, 17:08Bakıda narkotik satan daha 3 nəfər tutuldu - VİDEO29 / 09 / 2023, 17:00XİN: Azərbaycan BMT-nin müvafiq qurumlarını öz Qarabağ bölgəsinə səfərə dəvət edib29 / 09 / 2023, 16:54İlham Əliyev: Ermənistan hökuməti sentyabrın 20-dək baş verən hadisələri düzgün təhlil etsə, sülh əlçatandır29 / 09 / 2023, 16:40DTX: Ermənistan vətəndaşı Davit Manukyan Qarabağda törətdiyi terrorçuluq cinayətlərinə görə həbs edilib29 / 09 / 2023, 16:30İlham Əliyev: Biz Qafqazda sülh və sabitlik istəyirik29 / 09 / 2023, 16:20Prezident: Torpaqlarımızda separatçılığa son qoyulub, bu, bizim güclü siyasi iradəmizin göstəricisidir29 / 09 / 2023, 16:11Binəli Yıldırım Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib29 / 09 / 2023, 16:01Prezidentdən Azərbaycana qarşı qəbuledilməz planları olanlara mesaj: Bizim səbrimizlə oynamayın29 / 09 / 2023, 15:55Azərbaycanda ilk iPhone 15 icmalı yayımlandı! İzləyin və smatrfonları 30 aylıq taksitlə Umico Market-də seçin29 / 09 / 2023, 15:42Prezident: “Biz Qarabağın erməni əhalisinin hüquqlarını təmin edəcəyik”29 / 09 / 2023, 15:31Oktyabrda temperaturun iqlim normasına yaxın olacağı gözlənilir - PROQNOZ29 / 09 / 2023, 15:30Sərsəng su anbarına Dövlət Agentliyinin əməkdaşları nəzarət edir29 / 09 / 2023, 15:28Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda növbəti görüş keçirilir29 / 09 / 2023, 15:24Prezident İlham Əliyev: Ermənistan kriminal hərbi cinayətkarlar tərəfindən idarə olunan bir rejim idi29 / 09 / 2023, 15:22Bakının Binəqədi rayonunda sudan qanunsuz istifadə halları aşkarlanıb29 / 09 / 2023, 15:19Ceyhun Bayramov Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib29 / 09 / 2023, 15:09Prezident İlham Əliyev: Horadizdən Zəngilana dəmir yolu tezliklə hazır olacaq29 / 09 / 2023, 15:03Azərbaycançılıq ideologiyasının böyük təbliğatçısı - Ümummilli lider Heydər Əliyev - ŞƏRH29 / 09 / 2023, 15:00
Bütün xəbərlər

Next TV