Miqrantlar onları xilas edən gəmini qaçırdılar
Türkiyənin Tuzla bölgəsindən yola çıxan "Elhiblu 1" adlı tanker Aralıq dənizinin Liviya sahillərində qaçırılıb.
1news.az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, Palau dövlətinə məxsus olan tanker miqrantlar tərəfindən girov götürülüb. Bu barədə İtaliya baş naziri Matteo Salvini məlumat verib.
Məlumata görə, tankerdə olan 6 nəfərdən 4-ü hindistanlı, biri türk və biri də liviyalıdır.
İddialara görə, "Elhiblu 1" adlı karqo gəmisi dənizdə köməksiz qalan 108 miqrantı xilas edib və istiqamət üzrə Liviyanın Trablus şəhərinə hərəkətini davam etdirib. Afrikaya qayıtmaq istəməyən miqrantlar isə gəmini ələ keçirərək Malta istiqamətinə doğru yönəldiblər.
Həm Malta, həm də İtaliya hökuməti açıqlama yayaraq gəminin sahilə doğru yanaşmasına icazə verilməyəcəyini bildiriblər.
1news.az