Akopyan ABŞ-a gedir | 1news.az | Xəbərlər
Ermənistan

Akopyan ABŞ-a gedir

09:40 - 28 / 03 / 2019
Akopyan ABŞ-a gedir

Ermənistanın baş nazirinin həyat yoldaşı, "Mənim addımım” və "Təbəssüm şəhəri” xeyriyyə fondlarının rəhbəri Anna Akopyan aprelin 1-də ABŞ-a gedəcək.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, səfər çərçivəsində Akopyan  ABŞ Konqresinin Kitabxanasını ziyarət edəcək, qadın konqresmenlərlə görüşəcək.

"Qadınlar sülh üçün" kampaniyası çərçivəsində “Karneqi” fondunda görüş keçiriləcək. O, Los Ancelesdə Ermənistanın konsulluğunun qurulmasının 25 illiyinə həsr olunmuş tədbirdə iştirak edəcək. Akopyan, həmçinin bir sıra xeyriyyə gecələrinə qatılacaq.

P.S.

Paylaş:
1008

Sizin üçün xəbərlər

Son xəbərlər

Qızıl bahalaşıb

20 / 12 / 2025, 13:25
Bütün xəbərlər