Sarkisyanla Paşinyan arasında telefon danışığı olmayıb | 1news.az | Xəbərlər
Dünya

Sarkisyanla Paşinyan arasında telefon danışığı olmayıb

10:53 - 01 / 04 / 2019
Sarkisyanla Paşinyan arasında telefon danışığı olmayıb

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanla baş nazir Nikol Paşinyan arasında telefon danışığı olmayıb.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə Sarkisyanın ofisindən bildirilib.

Ofisin məlumatında bu barədə daha əvvəl erməni KİV-nin yaydığı xəbər təkzib edilib.

"Bu, dezinformasiyadır. Sarkisyanla Paşinyan arasında heç bir söhbət olmayıb”, ofisindən bildirilib.

P.S.

 

 

Paylaş:
811

Son xəbərlər

Bütün xəbərlər