Sun Cinvu: İlham Əliyevin apardığı hərtərəfli siyasət nəticəsində Azərbaycan böyük inkişafa nail olub | 1news.az | Xəbərlər
Siyasət

Sun Cinvu: İlham Əliyevin apardığı hərtərəfli siyasət nəticəsində Azərbaycan böyük inkişafa nail olub

16:55 - 02 / 04 / 2019
Sun Cinvu: İlham Əliyevin apardığı hərtərəfli siyasət nəticəsində Azərbaycan böyük inkişafa nail olub

Prezident İlham Əliyevin apardığı hərtərəfli siyasət nəticəsində Azərbaycan böyük inkişafa nail olub.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bunu Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədr müavini, Ümumçin Siyasi Məşvərət Şurasının üzvü Sun Cinvu deyib. İki il əvvəl Bakıya səfərini xatırladan Sun Cinvu qeyd edib ki, Azərbaycanda olarkən ölkənin inkişafının şahidi olub.

"Bakı çox gözəl şəhərdir, çox xoşuma gəldi. İnanıram ki, Azərbaycan gələcəkdə daha da inkişaf edəcək", - deyə Sun Cinvu bildirib.

Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədr müavini Azərbaycan-Çin münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu deyib.

S.Xankişiyeva

 

Paylaş:
548

Son xəbərlər

Bütün xəbərlər