"Çiçəklənən Ermənistan" Qarabağa dair təcili parlament müzakirəsini təklif edib | 1news.az | Xəbərlər
Ermənistan

"Çiçəklənən Ermənistan" Qarabağa dair təcili parlament müzakirəsini təklif edib

13:24 - 03 / 04 / 2019
"Çiçəklənən Ermənistan" Qarabağa dair təcili parlament müzakirəsini təklif edib

"Çiçəklənən Ermənistan" fraksiyası Ermənistan və Dağlıq Qarabağdakı separatçı rejimin siyasi və hərbi liderlərinin iştirakı ilə təcili olaraq Qarabağ münaqişəsi üzrə qapalı parlament müzakirəsini keçirməyi təklif edib.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə fraksiyanın üzvü Naira Zöhrabyan bildirib.

Onun sözlərinə görə, Vyana görüşündən sonra verilən açıqlamalar anlaşılmaz bir vəziyyət yaradıb və Ermənistan parlamentində məsələni təcili müzakirə etməyə ehtiyac yaranıb.

“Baş nazir və müdafiə nazirini ayrı-ayrılıqda parlamentin iclasına dəvət etmək əvəzinə, Ermənistan və Dağlıq Qarabağın (Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış separatçı rejim) siyasi və hərbi rəhbərliyini qapalı parlament müzakirələrinə dəvət etmək lazımdır”, Zohrabyan deyib.

P.Sultanova

Paylaş:
1032

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər