Separatçı rejimin "müdafiə nazirinin müavini" istefa verib | 1news.az | Xəbərlər
Ermənistan

Separatçı rejimin "müdafiə nazirinin müavini" istefa verib

10:19 - 03 / 04 / 2019
Separatçı rejimin "müdafiə nazirinin müavini" istefa verib

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisindəki separatçı rejimin “müdafiə ordusunun” komandir müavini Samvel Karapetyan istefa verib.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə Karapetyan özü elan edib.

Qeyd edək ki, daha əvvəl Ermənistan mətbuatı Karapetyanın yaxın günlərdə istefası verəcəyini yazırdı.

Vurğulanırdı ki, Ermənistanın Xüsusi İstintaq Xidməti uzun müddətdir ki, Karapetyanı sorguya çağırmaq istəyir, lakin o, hər cür yolla bundan yayınır. İstintaq təkid edir ki, 2008-ci ildə İrəvanda aksiyaların dağıdılması zamanı Qarabağdakı Ermənistan ordu qüvvələrindən istifadə edilib.

P.S.



Paylaş:
572

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər