Ermənistanın nazir müavini həbs edilib - rüşvət İTTİHAMI
İrəvan məhkəməsi Ermənistan səhiyyə nazirinin müavini Arsen Davtyanın həbsinə dair qərar verib.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, Davtyan iki ay müddətinə həbs olunub.
Daha əvvəl Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Ermənistanın baş ginekoloqu Razmik Abramyandan rüşvət aldığı üçün Davtyanı saxlayıblar.
Dövlət sifarişi çərçivəsində maliyyə əskikliyinin aradan qaldırılması üçün tibbi müəssisəsinin rəhbəri martın 30-da nazir müavininə otağında böyük miqyasda rüşvət verib. Məbləğ Milli Təhlükəsizlik Xidmətinin əməkdaşlarının əməliyyat nəzarəti altında təhvil verilib.
Faktla əlaqədar cinayət işi başlanıb. Nazir müavini böyük miqdarda rüşvətalma şübhəsiylə saxlanılıb.
P.Sultanova
695