Ermənistanda avtomobil yanacağı bahalaşıb | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistanda avtomobil yanacağı bahalaşıb

11:56 - 03 / 04 / 2019
Ermənistanda avtomobil yanacağı bahalaşıb

Ermənistanda yanacaqdoldurma məntəqələrində avtomobil qazının qiyməti artıb.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bunun səbəbi hökumətin aprelin 1-dən qazın həcminə görə deyil, çəkisi üçün ödəmə qərarıdır.

"Joxovurd” nəşrinə görə, son üç  gündür ki, sürücülər, qaz qiymətlərinin artdığından narazılıqlarını ifadə etdilər.

Ekspertlər qeyd ediblər ki, bir kubmetr qaz təxminən 700 qram ağırlığındadır və buna görə də  1 kubmetr və 1 kiloqram qaz tamamilə fərqli xərclərə səbəb olacaq. Nəticədə, bir kiloqram qaz bir kubmetrdən yanacaqdan demək olar ki, 40% baha olacaq. Bəzi sürücülər, əvvəlki 3,500 dram (7 dollar) əvəzinə indi  qaz üçün 4000 dram (8 dollar) ödəmək məcburiyyətində qalırlar.

"Sürücülər yanacaqdoldurma məntəqələrində aldadıldıqlarını hesab edirlər, tezliklə onların böyük bir etiraz dalğasının meydana gələcəyi istisna deyil”, məqalədə vurğulanıb.

P.Sultanova

Paylaş:
638

Son xəbərlər

Bütün xəbərlər