Ermənistan dramı kəskin ucuzlaşacaq | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistan dramı kəskin ucuzlaşacaq

12:53 - 03 / 04 / 2019
Ermənistan dramı kəskin ucuzlaşacaq

İlin sonuna kimi Ermənistan dramı ABŞ dollarına nisbətdə kəskin ucuzlaşacaq.

1news.az xəbər verir ki, bu barədə "Jamanak” nəşri yazıb.

Məlumata görə, Mərkəzi Bankla hökumət arasındakı razılaşmaya əsasən, ilin sonuna kimi dramın ucuzlaşması psixoloji həddə çata bilər.

"Bu, ixrac proqramlarını stimullaşdırmaqla həyata keçiriləcək, lakin məlumdur ki, dramın ucuzlaşması qiymət artımına və əhalinin real gəlirlərinin azalmasına səbəb olacaq.

Lakin, hökumət büdcə gəlirlərinin artırılması üçün inflyasiyadan istifadə edə bilər.

Baş nazir Nikol Paşinyan bu yaxınlarda bəyan etdi ki, cari ildə 40 büdcədaxilolmaları 40 milyard dramdan çox ola bilər. Çox güman ki, bunu qiymət artımı hesabına təmin edəcəklər", - deyə qəzet yazır.

P.Sultanova

 

 

 

Paylaş:
1375

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər