Özünü 3-cü mərtəbədən atan şagirdlə bağlı xəstəxanadan açıqlama – YENİLƏNİB

Bakıda özünü məktəbin 3-cü mərtəbəsindən yerə atan 8-ci sinif şagirdi Y.Hacıyevanın sağlıq durumu bəlli olub.
1 saylı Klinik Xəstəxanadan Yenicag.az-a verilən məlumata görə, xəsarət alan şagird reanimasiya şöbəsinə yerləşdirilib.
“Şagirdin huşu üstündədir, sınıq xəsarətləri alıb. Hansı səbəbdən özünü atdığı məlum deyil. Bunu hüquq-mühafizə orqanları araşdırır”.
Yenicag.az
13:56
Bakıda şagird özünü məktəbin 3-cü mərtəbəsindən yerə atıb.
1news.az-ın Report-a istinadən verdiyi xəbərə görə, hadisə Səbail rayonunda yerləşən 162 nömrəli tam orta məktəbdə qeydə alınıb.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan 8-ci sinif şagirdi Y.Hacıyeva təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə zamanı yeniyetmənin əlində kəsici alət də olub.
Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.
1news.az