Ermənistan parlamentinin binasında yanğın olub | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistan parlamentinin binasında yanğın olub

10:08 - 04 / 04 / 2019
Ermənistan parlamentinin binasında yanğın olub

Aprelin 4-də gecəyarısından sonra Ermənistan parlamentinin binasında yanğın baş verib.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, yanğın gecə təxminən 2-yə qalmış parlamentin birinci korpusunun birinci mərtəbəsindən başlayıb. Nəticədə kabinetlərindən birinin mebelləri tamamilə yanıb.

Hadisə yerinə yanğın söndürmə və xilasetmə komandası cəlb edilib. Yanğın gecə 02: 05-də söndürülüb.

Kabinetdə mebel, soyuducu, pəncərə və 2 kompüter tamamilə yanıb.

Hadisədən zərərçəkən olmayıb.

P.Sultanova

Paylaş:
651

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər