Tonoyan Pentaqonda niyə qəbul edilməyib? | 1news.az | Xəbərlər
Ermənistan

Tonoyan Pentaqonda niyə qəbul edilməyib?

11:35 - 04 / 04 / 2019
Tonoyan Pentaqonda niyə qəbul edilməyib?

Ermənistanın müdafiə naziri David Tonoyanın Pentaqonda heç bir görüşü olmayıb.

1news.az xəbər verir ki, bu barədə “Jamanak” nəşri yazıb.

Məlumatda deyilir ki, martın 26-da BMT-nin sülhməramlı qüvvələri üzrə nazirlər konfransında iştirak etmək üçün ABŞ-a gedən Tonoyan ABŞ-ın Müdafiə Nazirliyinin qərargahında - Pentaqonda hər hansı görüş keçirməyib.

"ABŞ hakimiyyəti Suriyaya humanitar missiyanı göndərməklə bağlı Ermənistanın qərarını  “həzm edə” bilmir və hər bir fürsətdə öz münasibətini nümayiş etdiriri”, deyə “Jamanak” yazıb.

P.Sultanova

 

Paylaş:
669

Son xəbərlər

Bütün xəbərlər