AKP İstanbulda seçki nəticələrinin ləğv edilməsinə çağırır
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) İstanbulda bələdiyyə seçkilərinin nəticələrini ləğv etməyə çalışıb.
1news.az bu barədə Türkiyə mətbuatına istinadla xəbər verir.
Hakim partiya bəyan edib ki, İstanbulun bəzi bölgələrində seçki pozuntuları qeydə alınıb.
AKP-dən seçicilərin qeyri-qanuni qeydiyyatı səbəbiylə seçkinin nəticələrinin ləğv edilməsi tələbi ilə İstanbul Büyükçekmece mahalında seçki bürosuna müraciət edilib.
Türkiyədə bələdiyyə seçkiləri 31 martda keçirilib, istanbuldan CHP namizədi Ekrem İmamoğlu qalib elan edilib.
P.S.
646