Hollandiya klubu erməni futbolçunu qovdu | 1news.az | Xəbərlər
Futbol

Hollandiya klubu erməni futbolçunu qovdu

16:39 - 05 / 04 / 2019
Hollandiya klubu erməni futbolçunu qovdu

Hollandiyanın "Villem II" klubu erməni futbolçu Aras Özbilizlə icarə müqaviləsini pozub. 

1news.az Qol.az-a istinadən xəbər verir ki, buna 29 yaşlı yarımmüdafiəçinin intizamsız hərəkəti səbəb olub. O, "Fortuna Siddard"a 3:2 hesabı ilə qalib gəldikləri oyunda meydana əvəzetmədən daxil olmaq istəməyib. Klub rəhbərliyi isə onu müqavilə ilə məxsus olduğu "Beşiktaş"a geri göndərib.
Qeyd edək ki, Özbiliz bu mövsüm 17 oyuna 2 qol vurub, 2 məhsuldar ötürmə edib.

1news.az

Paylaş:
643

Son xəbərlər

Bütün xəbərlər