Yaqland: Rusiyanın AŞ-dan çıxması Avropaya zərbə olacaq
Rusiyanın Avropa Şurasından mümkün çıxışı və Brexit köhnə dünya üçün əsl zərbə ola bilər.
1news.az “Financial Times”ə istinadla xəbər verir ki, bunu təşkilatın baş katibi Turbern Yaqland deyib.
"Hesab edirəm ki, çoxları Brexit və Ruxit-in eyni anda baş verməsinin Avropa üçün nə dərəcədə şok yaradacağını təsəvvür edə bilir. Bu, tezliklə baş verə bilər", AŞ baş katibi əlavə edib.
Yaqland deyib ki, Avropa Şurası Rusiyanı Avropa ilə əlaqələndirən yeganə yerdir.
Onun sözlərinə görə, hazırda Rusiyanın Avropa Şurasından çıxması riski "təşkilat üzərində asılıb”.
P.Sultanova
574