Ermənistanda "Spike" şirkətinin direktoru həbs edilib
İrəvan məhkəməsi “Spike” şirkətinin direktoru David Kazaryanın həbsi barədə qərar qəbul edib.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bun aetiraz olaraq “Spike” şirkətinin əməkdaşları məhkəmə binasının qarşısında aksiya keçirirlər.
"Biz Ermənistanın baş nazirinin bura gəlməsini tələb edirik, əgər gəlmək istəməsi, kütləvi aksiyalara başlayacağıq", deyə Davud Kazaryanın əmisi deyib.
Xatırladaq ki, David Kazaryan vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.
Ermənistanın Dövlət Gəlirləri Komitəsinin məlumatına görə, sahibkarlıq fəaliyyəti nəticəsində “Spike” dövlət büdcəsinə 7,036,666,312 min dram məbləğində gömrük rüsumu və vergiləri ödəməyib.
P.Sultanova
657