Putin ilk dəfə olaraq Colan təpələrinə dair ABŞ qərarından danışıb | 1news.az | Xəbərlər
Dünya

Putin ilk dəfə olaraq Colan təpələrinə dair ABŞ qərarından danışıb

10:48 - 09 / 04 / 2019
Putin ilk dəfə olaraq Colan təpələrinə dair ABŞ qərarından danışıb

Rusiya prezidenti Vladimir Putin ilk dəfə olaraq ABŞ prezidenti Donald Trampın Colan təpələrini İsrailin ərazisi kimi tanıması qərarını münasibət bildirib.

1news.az xəbər verir ki,  Putin ABŞ-ın bu qərarının BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə zidd olduğunu bəyan edib.

"Bu qərar BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri ilə ziddiyyət təşkil edir”, deyə  Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında bəyan edib.

Tramp bu yaxınlarda İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşündə Colan təpələri üzərində İsrailin suverenliyini tanıyan bəyanat imzalayıb.

1967-ci ildə altı günlük müharibə zamanı İsrail Suriyanın Colan təpələrini işğal edib və 1981-ci ildə birtərəfli qaydadı onları birləşdirib.

P.Sultanova

Paylaş:
754

Son xəbərlər

Bütün xəbərlər