"Transgender Vanuş"la bağlı hadisə Paşinyanın nüfuzunu yerlə-yeksan etdi - "İRATES"
Ermənistanın daxili siyasətində, istər parlamentdə, istərsə də parlamentdən kənar qüvvələrin ciddi yerdəyişməsi baş verir.
1news.az xəbər verir ki, bu barədə Ermənistanın “İrates” nəşri yazıb.
“Söhbət ondan gedir ki, hətta Paşinyanın komandasında baş nazirin vəziyyətə heç bir nəzarət etmədiyini aydın şəkildə bilirlər. Hər yerdə - parlamentdə, hökumətdə, komandada, ölkədə - "xaosdur".
Baş nazir inqilab səhmdarlarına – Soros qanadına, sektalara, LGBT icmasına və onların "atalarına" borclarını qaytarmaqla məşğuldur”, deyə məqalədə yazılıb.
Nəşr "Transgender Vanuş"la əlaqəli son hadisəni xatırladıb və qeyd edib ki, bu hadisə baş nazirin nüfuzunu yetlə yeksan etdi:
"Paşinyan komandasında hər kəs yeni yerlər axtarır – parlamentdən kənarda da fəal proseslər baş verir, komandalar formalaşır və liderlər təyin olunur. Nə baş verdiyini son mənzərəsi iyun-iyul aylarında aydın olacaq".
P.S.