Qazaxıstanda erkən prezident seçkilərinin tarixi açıqlanıb
Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayev xalqa müraciəti zamanı erkən prezident seçkilərinin tarixini elan edib.
1news.az Qazaxıstan mətbuatına istinadla xəbər verir ki, Tokayev ölkə Konstitusiyasına uyğun olaraq 2019-cu il iyunun 9-da erkən seçkiləri keçirmək qərarına gəldiyini bəyan edib.
Dövlət başçısı bu məsələ ilə bağlı Elbaşı Nursultan Nazarbayevlə, parlamentin hər iki palatasının spikeri, ölkənin baş naziri ilə məsləhətləşmələr apardığını, qərarı Konstitusiya Şurası ilə razılaşdırdığını, parlament partiyalarının rəhbərləri ilə görüşdüyünü deyib.
"Erkən seçkilər haqqında qərar vacib və zəruridir", - deyə Tokayev əlavə edib.
P.Sultanova
510