Bəyin keçmiş sevgilisi gəlinlikdə toya gəlib aranı qarışdırdı – VİDEO
Çində toyda bəyin keçmiş sevgilisi onu pis vəziyyətdə qoyub. Gəlin paltarında, bəzənmiş vəziyyətdə toya gələn keçmiş sevgili toyu pozmağa çalışıb.
1news.az-ın Bizimyol.info-ya istinadən verdiyi xəbərə görə, toyda baş verənlərin videogörüntüləri sosial şəbəkələrdə yayılıb. Həmin görüntülərdə ağ gəlinlikdə olan gənc qız qəfildən zala daxil olur və cütlüyə tərəf qaçır. Həmin vaxt gəlinlə bəy birgə rəqsə hazırlaşırmış.
Bəyin yanında yerdə diz çökən qız onun əlindən tutaraq, “Mənim səhvim idi, məni bağışla”, – deyə ona yalvarır.
Baş verənlərdən şoka düşən bəy keçmiş sevgilisini itələyib.
Gəlin isə rəqibinin hərəkətlərindən sonra toyu tərk etmək qərarına gəlib və çıxıb getmək istəyib. Bəy isə onun tutub saxlamağa çalışıb.
Toy məqasiminin aparıcısı gərginliyi azaltmağa çalışıb. “Sevgi öz həyatını kiməsə həsr eləmək qərarı verməkdir” deyən aparıcının bu sözləri gəlini və qohumlarını daha da əsəbiləşdirib.
Bəy deyib ki, keçmiş sevgilisi ilə xarakterlərindəki uyğunsuzluğa görə ayrılmışdılar. Heç vaxt ağlına gətirməzdi ki, o, toya gəlib çıxa bilər, özü də gəlinlikdə.
1news.az