Zeynalyan Koçaryanı ziyarət etməsi barədə
Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın da hüquqlarını nəzərə almaq lazımdır.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə Ermənistanın ədliyyə naziri Artak Zeynalyan bildirib.
Daha əvvəl erməni KİV-i Koçaryanın Zeynalyanla görüşdən imtina etdiyini yazıblar.
Ədliyyə naziri jurnalistlərin keçmiş prezidentə baş çəkməsi barədə suallarına o, ədliyyə naziri kimi bütün məhbusları ziyarət etmək hüququnun olduğunu deyib.
"Lakin biz Robert Koçaryanın hüquqlarını nəzərə almalıyıq və bu məsələ ilə bağlı mübahisəni daim davam etdirə bilmərik", Zeynalyan əlavə edib.
Xatırladaq ki, martın 15-də Robert Koçaryanın həbs müddəti daha iki ay uzadılıb. Bu gün isə məhkəmə Koçaryanın vəkillərinin onun girov müqabilində azadlığa buraxılmasına dair müraciətini nəzərdən keçirəcək.
P.S.