"Boeing" Efiopiyadakı qəzadan sonra 737 tipli bir layner belə satmayıb | 1news.az | Xəbərlər
Dünya

"Boeing" Efiopiyadakı qəzadan sonra 737 tipli bir layner belə satmayıb

10:08 - 10 / 04 / 2019
"Boeing" Efiopiyadakı qəzadan sonra 737 tipli bir layner belə satmayıb

“Boeing” şirkəti  Efiopiyada təyyarə qəzasından sonra 737 sinfinə daxil olan təyyarələrin satın alınması ilə bağlı bir müqavilə belə imzalamayıb.

1news.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.

Qeyd edilir ki, 737 şirkətin ən məşhur laynerlərindən olub. Son 7 ildə ilk dəfə olaraq, “Boeing” bir ayda bir dənə belə bu təyyarədən sata bilməyib.

Nəşr yazıb ki, qəzanın araşdırılması ilə bağlı yayılmış məlumatlar potensial alıcılar arasında yalnız qeyri-müəyyənliyi gücləndirir.

Daha əvvəl bildirilib ki, İndoneziya aviaşirkəti 50-yə yaxın  Boeing 737 MAX 8 təyyarəsini almaqdan imtina edib.

P.S.

Paylaş:
624

Son xəbərlər

Bütün xəbərlər