Elinanın anası: “Görüntülərdəki mənim qızım deyil” - MÜSAHİBƏ | 1news.az | Xəbərlər
Müsahibə

Elinanın anası: “Görüntülərdəki mənim qızım deyil” - MÜSAHİBƏ

12:30 - 11 / 04 / 2019
Elinanın anası: “Görüntülərdəki mənim qızım deyil” - MÜSAHİBƏ

İntihar edən 162 saylı məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın görüntüləri olduğu iddia edilən xoşagəlməz videogörüntü və fotolar yerli mətbuatda öz əksini tapmaqdadır. 

Bununla bağlı mərhum yeniyetmənin anası Sevil Hacıyeva News24.az-a eksklüziv müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Sevil xanım, sosial şəbəkə və yerli mətbuatda qızınızın olduğu deyilən videogörüntülər və fotolar haqda nə deyə bilərsiz?

- Videolarda və fotolarda olan qız mənim Elinam deyil. Mənim qızım çox tərbiyəli olub. O, heç vaxt siqaret çəkməyib, hətta yaxınına da buraxmayıb. Qızım çölə çıxmaq, rəfiqələri ilə harasa getmək istəyəndə məndən, nənəsindən, hətta atasından da həmişə icazə alıb.

- Bəs görüntülərdə Elina olduğu iddia edilən qız əslində kimdir?

- O qızlar Ramilə və Dianadır. Qızım olduğu deyilən məhz Ramilədir, yəni siqaret çəkən qız. Diana isə mənim qohumumdur. Şəkillərə diqqətlə baxıb, qızımın görüntüləri ilə tutuşdursalar, görəcəklər ki, fərqli-fərqli qızlardır. O görüntülərin qızımla heç bir əlaqəsi yoxdur!

-Sizcə bu görüntülər niyə yayılıb?

-Başa düşmürəm ki, bunu niyə ediblər. Məqsədləri nədir? Mənim qızım haqq dünyasındadır. Ölmüş bir qız uşağını bu şəkildə ləkələmək nə qədər insanlıqdandır? Bu, onu edənlər üçün böyük rəzalətdir! Ayıb olsun! Allaha həvalə etmişəm!

- Sağlığında qızınızın xəbəri vardımı o görüntülərdən?

- Bəli, Elina mənə demişdi ki, Diana yaxşı olmayan hərəkətlər edir. Hətta Elina özü dəfələrlə o cür hərəkətlərinə görə Dianaya irad tutmuşdu. 

- Sözügedən görüntülərin kimin yaydığı haqda hər hansı fikriniz varmı? Sizcə kim ya da kimlər tərəfindən yayılıb?

- Düşünürəm ki, bunu ancaq məktəbin direktoru edə bilər. Onun məqsədi odur ki, qızımı ləkələyib, özünü təmizə çıxartsın. O, yaxşı bilirdi ki, mənim qızım sakit, ağıllı, mədəni uşaq idi. Düzgün həyat tərzi sürürdü. Buna baxmayaraq, direktor özünü haqlamaq üçün bu cür iyrənc əməllərə əl atır.

- Qızınızın yıxıldıqdan sonra çəkilən görüntüləri haqda nə deyə bilərsiz?

- Təsəvvür edin, qızım özünü atıb, məktəbdə hər kəsin bundan xəbəri olub. Lakin bizə 2 saatdan sonra məlumat veriblər. Hətta təcili yardıma da gec zəng ediblər. Rəsmən qızımın həyatı ilə oynayıblar! Bu, vicdansızlıqdır! Cənab Prezidentimizə və Birinci Xanımımıza dərin təşəkkür edirəm ki, bu məsələni diqqətə götürüblər!

Ümid edirəm ki, onların sayəsində tezliklə haqq-ədalət öz yerini tapacaq! Qızımın ölümündə günahı olan hər kəs lazımi cəzalarını alacaqlar! Mən balamı itirdim! Digər valideyinlərin övladlarını bu şəkildə itirməmələri naminə Prezidentimiz və Vitse-Prezidentimizin verdikləri qərar öz müsbət nəticəsini göstərər inşallah!

1news.az

Paylaş:
1069

Son xəbərlər

AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26Mastercard dayanıqlılıq mövzusunda “Sandbox as a Service” hakatonunun qaliblərini elan edir - FOTOBu gün, 09:15Lənkəranda ər arvadını bıçaqlayıbBu gün, 09:04Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45
Bütün xəbərlər