Sarkisyanın qardaşı Ermənistanı tərk edib | 1news.az | Xəbərlər
Ermənistan

Sarkisyanın qardaşı Ermənistanı tərk edib

10:37 - 12 / 04 / 2019
Sarkisyanın qardaşı Ermənistanı tərk edib

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyan Avropadadır.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə cinayət işində ittiham olunan Aleksandr Sarkisyanın oğlu Ayk Sarkisyan məhkəmədə jurnalistlərə deyib.

O bildirib ki, hər gün telefonla atası ilə danışır.

Aleksandr Sarkisyanın Ermənistana qayıtmağı planlaşdırması barədə isə o deyib ki, "bəli, əlbəttə belə bir niyyəti var, amma nə vaxt, deyə bilmərəm”.

Daha əvvəl bu ilin iyun-iyul aylarında Aleksandr Sarkisyan iki dəfə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb, daha sonra azadlığa buraxılıb. O, birinci dəfə qanunsuz silah saxlamaqda, ikinci dəfə fırıldaqçılıqda şübhəli bilinərək saxlanılıb. Amma məlum olub ki, silah qanuni yolla alınıb.

Sarkisyan dövlət büdcəsinə 18 milyon dollardamn çox vəsait ödəyib.

Milli Təhlükəsizlik Xidməti, A. Sarkisyana müalicə məqsədilə Ermənistanı tərk etməsinə icazə verib.

P.Sultanova

Paylaş:
805

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər