Nazarbayev Koçaryana məktub göndərib
Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev 2008-ci ilin mart ayında Ermənistanda konstitusiya qurluşunu devirmək ittihamı ilə həbsdə olan ikinci prezident Robert Koçaryana məktub ünvanlayıb.
1news.az xəbər verir ki, bu barədə sabiq prezident Koçaryanın qeyri-rəsmi saytı məlumat yayıb (2rd.am).
Nazarbayev Koçaryanla birgə əməkdaşlıq etdikləri, fəaliyyət göstərdikləri illəri səmimiyyətlə xatırladığını yazıb. Həmçinin, Qazaxıstanda baş verən daxili siyasi proseslər və dəyişikliklər barədə şəxsən onu məlumatlandırıb.
Qazaxıstanın birinci prezidenti Koçaryanla şəxsi əlaqələrin davamlı olacağına ümidini ifadə edib.
P.Sultanova
797