İrəvanda "AraratSement"in əməkdaşları etiraz aksiyası keçirirlər | 1news.az | Xəbərlər
Ermənistan

İrəvanda "AraratSement"in əməkdaşları etiraz aksiyası keçirirlər

11:51 - 15 / 04 / 2019
İrəvanda "AraratSement"in əməkdaşları etiraz aksiyası keçirirlər

Ermənistanda “AraratSement” şirkətinin əməkdaşları bu gün səhərdən etiraz aksiyasına başlayıblar.

1news.az erməni mərbuatına istinadla xəbər verir ki, aksiyaya səbəb ötən cümə onların işdən azad ediləcəklərinə dair aldıqları bildirişdir.

“AraratSement”in rəhbərliyi şirkətin İran sementi ilə bazarda rəqabət apara bilməyəcəyini deyib.

Şirkət əməkdaşları müəssisəyə aparan yolları bağlayıblar və Qaqik Tsarukyanla (“Çiçəklənən Ermənistan” Partiyasının yaradıcısı, sahibkar, deputat) görüş tələb edirlər.

P.Sultanova

Paylaş:
726

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər