AFFA-nın Klublar Komitəsinin növbəti iclası keçirilib | 1news.az | Xəbərlər
Futbol

AFFA-nın Klublar Komitəsinin növbəti iclası keçirilib

16:40 - 16 / 04 / 2019
AFFA-nın Klublar Komitəsinin növbəti iclası keçirilib

Aprelin 16-da AFFA-nın inzibati binasında Klublar Komitəsinin növbəti iclası keçirilib.

1news.az AFFA-ya istinadla xəbər verir ki, iclasda 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Milan Obradoviç, Peşəkar Futbol Liqasının mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Aslan Şahgəldiyev, Azərbaycan Premyer Liqasında mübarizə aparan “Qarabağ”, “Qəbələ”, “Neftçi”, “Keşlə”, “Sumqayıt”, “Zirə”, “Səbail” və “Sabah” klublarının nümayəndələri iştirak ediblər.

Toplantıda ölkə futbolu ilə bağlı bir sıra məsələlər müzakirə olunub.

1news.az

Paylaş:
768

Son xəbərlər

Bütün xəbərlər