Notr-Dam kilsəsinin bərpası üçün 1 milyard avro ianə yığılıb | 1news.az | Xəbərlər
Dünya

Notr-Dam kilsəsinin bərpası üçün 1 milyard avro ianə yığılıb

16:40 - 17 / 04 / 2019
Notr-Dam kilsəsinin bərpası üçün 1 milyard avro ianə yığılıb

Yanğından zərər çəkən Paris Notr-Dam kilsəsinin bərpası üçün yığılan ianənin məbləği 1 milyard avroya çatıb.

AZƏRTAC “Le Parisien” qəzetinə istinadla xəbər verir ki, ianə əsasən iri kompaniyalar və biznesmenlər, həmçinin Fransa Mədəniyyət Nazirliyinin seçdiyi 4 ictimai fond tərəfindən ödənilir. Qurumun rəhbəri Frank Riester özünün “Twitter” səhifəsində kilsənin bərpasına ianə köçürülməsi üçün internet portalın işə salındığını yazıb.

Xatırladaq ki, Parisin simvollarından biri sayılan Notr-Dam kilsəsində yanğın aprelin 15-də yerli vaxtla saat 18:50-də (Bakı vaxtı ilə 20:50) başlayıb və təqribən 9 saata yaxın davam edib. Hadisənin kilsənin yuxarı mərtəbələrində aparılan bərpa işlərindən qaynaqlandığı ehtimal olunur.

Yanğın kilsənin şpilini, saatı və damin böyük hissəsini məhv edib. Fransa hakimiyyəti, biznesmenlər, ictimai təşkilatlar, tarixi abidələrin qorunması üzrə cəmiyyətlər kilsənin bərpası üçün ləngimədən vəsait toplamağa başlayıb.

1news.az

Paylaş:
595

Sizin üçün xəbərlər

Son xəbərlər

DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12
Bütün xəbərlər