“Barselona” yarımfinalda, “Ayaks”dan növbəti sensasiya - VİDEO | 1news.az | Xəbərlər
Futbol

“Barselona” yarımfinalda, “Ayaks”dan növbəti sensasiya - VİDEO

09:18 - 17 / 04 / 2019
“Barselona” yarımfinalda, “Ayaks”dan növbəti sensasiya - VİDEO

Çempionlar Liqasında 1/4 finalın cavab oyunlarına start verilib.

1news.az-ın Qol.az-a istinadən verdiyi xəbərə görə, keçirilən iki görüşlə ilk yarımfinalçılar bəlli olub.

"Barselona" İspaniyada "Mançester Yunayted"lə qarşılaşıb. Səfərdəki görüşdə 1:0 hesablı qələbə qazananan kataloniyalılar evdə də rəqibini məğlub edərək, yarımfinala yüksəlib. İspanlar bu mərhələdə "Portu" - "Liverpul" cütünün qalibi ilə üz-üzə gələcək.

Digər matçda isə "Yuventus" "Ayaks"ı qəbul edirb Hollandiyada keçirilən qarşılaşamada 1:1-lik nəticə qeydə alındığından Turin təmsilçisi növbəti mərhələyə yaxın görünsə də, hollandlar növbəti sensasiyaya imza atıblar.

Turində 2:1 hesablı qələbə qazanan "Ayaks" "Real"dan sonra "Yuventus"u da ÇL-dən kənarlaşdırıb. Amsterdam təmsilçisi yarımfinalda "Mançester Siti" - "Tottenhem" cütünün qalibi ilə qarşılaşacaq.

16 aprel

Çempionlar Liqası

1/4 finalın cavab oyunları

23:00. "Barselona" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə) - 3:0
Qollar:
 L.Messi, 16 (1:0), 20 (2:0), F. Koutinyo, 62 (3:0)
İlk oyun - 1:0

23:00. "Yuventus" (İtaliya) - "Ayaks" (Hollandiya) - 1:2
Qollar: 
K. Ronaldo, 28 (1:0), D. van de Bek, 34 (1:1), M. de Lixt, 67 (1:2)
İlk oyun - 1:1

1news.az

Paylaş:
633

Son xəbərlər

Bütün xəbərlər