Tsarukyan: İnqilabdan sonra geri dönmək istəyən ermənilər artıq əyləci basdılar | 1news.az | Xəbərlər
Ermənistan

Tsarukyan: İnqilabdan sonra geri dönmək istəyən ermənilər artıq əyləci basdılar

10:30 - 17 / 04 / 2019
Tsarukyan: İnqilabdan sonra geri dönmək istəyən ermənilər artıq əyləci basdılar

İnqilabdan sonra hər kəs Ermənistana qayıtmağa hazırlaşırdı, immiqrasiya gözlənilirdi. Amma artıq hər şey bitdi, diasporun nümayəndələrindən soruşa bilərsiniz, əyləclərə basdılar.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu “Çiçəklənən Ermənistan” partiyasının sədri, parlament fraksiyasının rəhbəri Qaqik Tsarukyan deyib.

Onun sözlərinə görə, immiqrasiya üçün əlverişli şərait olmadığı müddətdə əhali geri qayıtmayacaq:

"Biz hər birimiz insanların qayıtmaq istədiklərini bilirdik. Amma onlar görürlər ki, iş yerləri, hər hansı imkanlar yoxdur, mənzil problemi mövcuddur, regional və şəhər idarələrində artıq 30%  ixtisar edilib. Bütün bunlara görə də qayıdış prosesi dayandırılıb".

P.Sultanova

Paylaş:
802

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər