“Liverpul”dan darmadağın, “Tottenhem” məğlubiyyətə sevindi - VİDEO | 1news.az | Xəbərlər
Futbol

“Liverpul”dan darmadağın, “Tottenhem” məğlubiyyətə sevindi - VİDEO

09:41 - 18 / 04 / 2019
“Liverpul”dan darmadağın, “Tottenhem” məğlubiyyətə sevindi - VİDEO

Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

1news.az-ın Qol.az-a istinadən verdiyi xəbərə görə, bununla da yarımfinala vəsiqə qazanan son iki komanda müəyyənləşib.

"Liverpul" səfərdə "Portu"nun qonağı olub. İlk görüşdə evdə rəqibini 2:0 hesabı ilə məğlub edən mersisaydlılar bu dəfə 4:1 hesablı qələbə qazanaraq yarımfinala yüksəlib.

Gecənin əsas oyunu isə ingilis klubları arasında keçirilib. İlk qarşılaşmada səfərdə “Tottenhem”ə 0:1 hesabı ilə uduzan “Mançester Siti” doğma meydanda məğlubiyyətin əvəzini çıxmağa çalışıb. Dramatik görüşdə  “Şəhərlilər” 4:3 hesablı qələbə qazansa da, bu nəticə London klubunu yarımfinala yüksəldib.

Qeyd edək ki, “Liverpul” yarımfinalda “Barselona”, “Tottenhem” isə “Ayaks”la qarşılaşacaq.

Çempionlar Liqası

1/4 finalın cavab oyunları

17 aprel

23:00. “Portu” – “Liverpul” - 1:4 
Qollar: S. Mane, 26 (0:1), M.Salah, 65 (0:2), E.Militao, 69 (1:2), R.Firmino, 77 (1:3), Van Diyk, 84 (1:4)
İlk oyun – 0:2

23:00. “Mançester Siti” – “Tottenhem” 4:3 
Qollar:
 R. Sterlinq, 4 (1:0), 21 (3:2), S. X. Min, 7 (1:1), 10 (1:2), B. Silva, 11 (2:2), S.Aquero, 59 (4:2), F.Llorente, 73 (4:3)
İlk oyun – 0:1

16 aprel

“Barselona” – “Mançester Yunayted” – 3:0
Qollar:
 L. Messi, 16, 20, F. Koutinyo, 61

“Yuventus” – “Ayaks” – 1:2
Qollar:
 K. Ronaldo, 28, D. van de Bek, 34, M. de Lixt, 67

1news.az

Paylaş:
627

Son xəbərlər

Bütün xəbərlər