Erməni mediası optimallaşdırmadan sonra işsiz qalanların sayını açıqlayıb
Ermənistan müxalifəti hakimiyyətin iş yerlərinin ixtisarı ilə bağlı hər hansı rəqəm açıqlamamasından narahatlığını ifadə edib.
1news.az xəbər verir ki, “Joxovurd” nəşri optimallaşdırma nəticəsindfə nə qədər insanın işsiz qalacağı barədə yazıb.
Məlumata görə, ləğv edilmiş Kənd Təsərrüfatı Nazirliyində 130, Mədəniyyət Nazirliyində 110, Diaspor Nazirliyində 80, İdman və Gənclik Nazirliyində eyni sayda iş yeri var. Bütün bu qurumlar digər nazirliklərə birləşdiriləcək.
Bu mərhələdə 78 nəfərixtisar olunacaq - bunlar nazir müavinləri, şöbə rəhbərləridir. Qalan əməkdaşların işi isə bal sistemi ilə qiymətləndiriləcək, bundan sonra optimallaşdırmanın yeni mərhələsi olacaqdır.
Qeyd edək ki, hazırda Ermənistan parlamentində “Hökumətin strukturu və fəaliyyəti haqqında" qanun layihəsi qızğın müzakirə mövzusu olaraq qalır.
P.Sultanova