Əkrəm İmamoğlu rəsmən İstanbulun meri oldu – FOTO
İstanbulun Əyalət Seçki Komissiyası Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğluna İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri vəsiqəsinin təqdim edilməsi barədə qərar qəbul edib.
1news.az-ın türk mətbuatına istinadla verdiyi xəbərə görə, bununnla əlaqədar olaraq dünən Ə.İmamoğlu vəsiqənin təqdim olunması üçün seçki komissiyasına dəvət olunub.
Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçirilib. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyası 44,33 faiz səs toplayaraq qalib gəlib. Müxalif Cümhuriyyət Xalq Partiyası 30,12 faiz səslə ikinci yerdə qərarlaşıb. Sonrakı yerləri 7,45 faiz səslə İYİ Partiya, 7,12 faiz səslə Milliyyetçi Hərəkat Partiyası tutub. HDP 4,24 faizlə beşinci olub.
Son rəqəmlərə əsasən, B.Yıldırım 4 milyon 156 min 36 səs, Ə.İmamoğlu isə 4 milyon 169 min 765 səs toplayıb.
S.Xankişiyeva