Ermənistanın Dövlət Nəzarət Xidmətinin rəhbərinə ittiham elan olunub
Ermənistanın Dövlət Nəzarət Xidmətinin rəhbəri David Sanasaryana cinayət işi açılıb.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, Sansaryan hemodializ üçün tibbi avadanlıqların tədarükü üzrə tenderə müdaxilədə ittiham olunur.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, Sanasaryana vəzifə səlahiyyətlərindən sui-istifadə üzrə ittiham elan olunub.
Xatırladaq ki, Milli Təhlükəsizlik Xidməti daha əvvəl Dövlət Nəzarət Xidmətinin iki əməkdaşları Samvel Adyan və Qevork Xaçatryanı, həmçinin onlarla əlaqəli bir şirkətin nümayəndəsini həbs edib.
2018-2019-cu illərdə onlar elan edilmiş tenderlərdə qələbəni təmin etmək məqsədi ilə tibbi avadanlıqlarının satınalınması prosesinə qeyri-qanuni müdaxilə ediblər.
P.S.