Azərbaycan kubokunda yarımfinalın hakimləri açıqlandı | 1news.az | Xəbərlər
Futbol

Azərbaycan kubokunda yarımfinalın hakimləri açıqlandı

17:15 - 22 / 04 / 2019
Azərbaycan kubokunda yarımfinalın hakimləri açıqlandı

Azərbaycan kubokunda 1/2 final mərhələsinin ilk oyunları üçün hakim təyinatları açıqlanıb.

1news.az PFL-in saytına istinadən xəbər verir ki, sabah keçiriləcək görüşləri aşağıda adları qeyd olunan hakimlər idarə edəcək.

23 aprel (çərşənbə axşamı)

16:00."Qəbələ" - "Qarabağ"
Hakimlər:Vüqar Həsənli, Mübariz Haşımov, Cəmil Quliyev, Kamal Umudlu 
Hakim-inspektor: Anar Salmanov
Qəbələ şəhər stadionu

18:30."Sumqayıt" - "Zirə"
Hakimlər: Səbuhi Bayramov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Rövşən Rəcəbov
"Kapital Bank Arena"

Qeyd edək ki, hər iki oyun "CBC Sport" kanalı vasitəsi ilə canlı yayımlanacaq.

1news.az

Paylaş:
575

Son xəbərlər

Bütün xəbərlər