Cinayətdə ittiham olunan erməni məmur Moskvada saxlanılıb | 1news.az | Xəbərlər
Ermənistan

Cinayətdə ittiham olunan erməni məmur Moskvada saxlanılıb

09:39 - 22 / 04 / 2019
Cinayətdə ittiham olunan erməni məmur Moskvada saxlanılıb

Ermənistanın Ədliyyə Nazirliyinin məhkəmə aktlarının icrası şöbəsinin keçmiş rəhbəri Miqran Poqosyan Moskvada saxlanılıb.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, Poqosyan Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və hazırda onun ekstradisiyası məsələsi həll olunur.

Xatırladaq ki, keçmiş məmur cinayət işi üzrə təqsirləndirilən şəxs kimi cəlb edilib. O, böyük miqyasda mənimsəmə və vəzifə səlahiyyətdən sui-istifadə etməkdə ittiham olunur.

P.Sultanova



Paylaş:
631

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər