Tokayevin prezidentliyə namizədliyi rəsmən irəli sürülüb | 1news.az | Xəbərlər
Dünya

Tokayevin prezidentliyə namizədliyi rəsmən irəli sürülüb

10:25 - 23 / 04 / 2019
Tokayevin prezidentliyə namizədliyi rəsmən irəli sürülüb

Kasım-Jomart Tokayev Qazaxıstanda keçiriləcək növbədənkənar prezident seçkilərində hakim Nur Otan Partiyasından rəsmi olaraq prezidentliyə namizəddir.

1news.az Qazaxıstan mətbuatına istinadla xəbər verir ki, seçkilər iyunun 9-na təyin edilib.

Tokayevin namizədliyi barədə birinci prezident Nursultan Nazarbayev deyib ki, onu çoxdan tanıyır və uzun illərdir birgə işləyirlər:

"Hesab edirəm ki, o, ən layiqli namizəddir".

Qeyd edək ki, ölkəyə 30 ilə yaxın müddətdə rəhbərlik edən N.Nazarbayev martın 20-də istefa verib. Bundan əvvəl Senatın sədri olan K.Tokayevin prezident səlahiyyətləri 2020-ci ildə başa çatır. K.Tokayev növbədənkənar prezident seçkilərinin iyulun 9-da keçiriləcəyini bəyan edib.

P.Sultanova

Paylaş:
502

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər