Şri-Lankada yenidən partlayış olub | 1news.az | Xəbərlər
Dünya

Şri-Lankada yenidən partlayış olub

11:37 - 25 / 04 / 2019
 Şri-Lankada yenidən partlayış olub

Səhər saatlarında Şri-Lankanın paytaxtı Kolombonun 37 kilometrliyində Puqoda rayonunda partlayış baş verib.

1news.az xarici mətbuata istinadla xəbər verir ki, ölən və yaralananlar barədə hələ məlumat yoxdur.

Hadisə yerində hüquq-mühafizə orqanları araşdırma aparır, ərazi nəzarətə götürülüb.

Xatırladaq ki, aprelin 21-i Şri-Lankanın Kolombo şəhərində və ölkənin digər ərazilərində Pasxa bayramı zamanı 8 partlayış törədilib. Terror aktları nəticəsində ölənlərin sayı 310 nəfərə çatıb.

Xəsarət alanların sayı isə 480 nəfər təşkil edir.

1news.az

Paylaş:
548

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər